26 aprel 2022 10:56
1001

«Azəriqaz» rəhbərliyi 28 əməkdaşı mükafatlandırıb VİDEO

SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev və Birliyin Əsaslı tikinti üzrə baş direktorunun müavini Ramil İsgəndərov Lənkəran Regilonal Qaz İstsmar İdarəsinin Lənkəran qaz isismar sahəsinin kollektivi ilə görüşüblər. Görüşdə  28 əməkdaş fəaliyyətlərindəki səmərəliliyə və işgüzarlığa görə mükafatlandırılıb.

Baş direktor Ruslan Əliyev onların problem və qayğıları ilə maraqlanıb, təhhəbüs və təkliflərini dinləyib. Bildirib ki, Birlik rəhbərliyi işgüzar əməkdaşların əməyini daim yüksək qiymətləndirib və bundan sonra da qiymətləndiriləcəkdir. 

Mükafatlandırılan əməkdaşlar baş direktora onlara göstərdikləri diqqətə və qayğıya görə minnətdarlıqlarını bildriblər.      

E. Zaman, "İki sahil"