Beş illik müddətə buraxılan və faizləri üçaylıq qrafiklər əsasında ödənilən SOCAR istiqrazlarının növbəti (ikinci) kupon ödənişi may ayının ilk iş günü – 4 may tarixində baş tutacaq.
“İki sahil” xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, SOCAR istiqrazlarının 2-ci faiz ödənişi nəticəsində 1,125 mln. dollar vəsait istiqraz sahiblərinin hesablarına köçürüləcək.
“Bununla da, investorların ümumi qazancı 2,25 mln. dollara yüksəlmiş olacaq”, - məlumatda deyilir.
Qeyd olunur ki, qarşıda daha 18 kupon ödənişi və 20,25 mln. dollar məbləğində gəlir istiqraz sahiblərini gözləyir.
“SOCAR Türkiyə” insan resurslarına yatırımı Türkiyənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir
SOCAR Bolqarıstanda qazpaylayıcı şəbəkə layihəsi üçün ilkin mühəndis layihələndirmə işlərini başa çatdırıb