27 aprel 2022 16:19
1167

SOCAR və Almaniya şirkəti arasında yeni sənəd imzalanacaq

Almaniya qaz idxalı ilə bağlı alternativ mənbələr axtarışındadır.

“İki sahil” xəbər verir ki, bunu Almaniya səfiri Volfqanq Maniq deyib.

Səfir xatırladıb ki, Azərbaycanın energetika naziri Berlində keçirilən Enerji Forumunda iştirak edərkən almaniyalı həmkarları ilə görüşüb: “İyun ayında Bakıda keçiriləcək Enerji Forumunda Almaniya təmsil olunacaq. Dəqiq deyə bilmərəm ki, bu nazir, nazir müavini və ya hansı səviyyələrdə olacaq, lakin Almaniya bu forumda iştirak edəcək”.

Diplomat SOCAR-la Almaniyanın Uniper qaz şirkəti arasında əməkdaşlığın mövcud olduğunu vurğulayıb: “Aprelin 28-də SOCAR və Uniper arasında görüş keçiriləcək, onlar sənəd imzalayacaq. Almaniyada enerji resursları sahəsində Azərbaycanla əməkdaşlığa böyük maraq var. Biz bilirik ki, Cənub Qaz Dəhlizi öz limitinə çatıb və indiki situasiyanı qarşılayacaq qədər qaz nəqli üçün nəzərdə tutulmayıb”.