SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) 28 Aprel-Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə toplantılar keçirilib.
Zavodun hazırda əsaslı təmirə dayanmış texnoloji qurğularının ərazilərində keçirilən tədbirlərdə çıxış edənlər - Heydər Əliyev adına NEZ-in direktoru Bəxtiyar Məmmədov, baş mühəndis Rasim İbrahimov, “SOCAR Downstream Management” MMC-nin (SDM) baş direktoru Mustafa Mesut İlter, baş direktorun Layihələr və sərmayələr üzrə müavini Emil Alxaslı, İstahsalat üzrə baş direktor müavini Çengiz Çelik, Texnoloji mühəndislik üzrə direktor Filiz Karadağ, İstehsal mükəmməlliyi üzrə baş direktor müavini Bekir Yumuk Mehmet, Təmir fəaliyyətləri üzrə menecer Mehmet Merdin 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə toplantı iştirakçılarını təbrik ediblər. Bildiriblər ki, bu gün işçilərin sağlam və təhlükəsiz əmək şəraitinin təşkili bütün dünyada aktual məsələlərdən biridir. Bu mənada sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, istehsalatda işçilərin həyatının və sağlamlığının qorunması Heydər Əliyev adına NEZ-in və “SOCAR Downstream Management” MMC-nin məsul rəhbər işçilərinin qarşısında duran başlıca vəzifələrdəndir və bu məsələ daim onlardan xüsusi diqqət tələb edir. Əməyin mühafizəsinə dair bir sıra tədbirlərin təşkil olunması onu göstərir ki, zavod və SDM rəhbərliyi insan amilini, onun sağlam və təhlükəsiz əmək şəraitində fəaliyyət göstərməsini istehsalat amillərindən üstün tutur.
Qeyd etdilər ki, Heydər Əliyev adına NEZ-in qurğularında çox mürəkkəb texnoloji-kimyəvi proseslər gedir. Odur ki, hazırkı real vəziyyət əsaslı təmirə dayanan texnoloji qurğuları sağlam və təhlükəsiz şəraitdə, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etməklə təmir edib, vaxtında və saz vəziyyətdə istismara verməyi bizdən tələb edir.
Şamil Həşimov,
“Neftayıran” qəzetinin redaktoru
“SOCAR Türkiyə” insan resurslarına yatırımı Türkiyənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir
SOCAR Bolqarıstanda qazpaylayıcı şəbəkə layihəsi üçün ilkin mühəndis layihələndirmə işlərini başa çatdırıb