SOCAR-ın “Azneft” İB üzrə 2022-ci ilin yanvar-mart aylarında 1.6 milyon tondan çox neft hasil edilib.
“İki sahil” xəbər verir ki, bu barədə "Azneft" İB-nin "Facebook" səhifəsində qeyd edilib.
"Plan 102 faiz yerinə yetirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə artım tempi 0,8 faizdir. Cari ilin 3 ayında, həmçinin 1.6 milyard kubmetrə yaxın qaz hasil edilib ki, bu da planın 101,5 faiz əməl edilməsi deməkdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə artım tempi 1,2 faizdir", - məlumatda bildirilir.
“SOCAR Türkiyə” insan resurslarına yatırımı Türkiyənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir
SOCAR Bolqarıstanda qazpaylayıcı şəbəkə layihəsi üçün ilkin mühəndis layihələndirmə işlərini başa çatdırıb