11 may 2022 16:45
1091

Aspirinin tərkibində neft var?! - VİDEO

SOCAR “Youtube" kanalında daha bir neft məhsulu haqqında maraqlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda qeyd olunur ki, gündəlik həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilən neftdən bir çox xəstəliklərin müalicəsində də istifadə olunur.

Şumerlər nefti müxtəlif maddələrlə qarışdıraraq dəri xəstəliklərini sağaltmaq üçün məlhəmlər (yağlar) hazırlayırdılar, həmçinin neftdən oynaq ağrılarının müalicəsində də istifadə edirdilər. Onlar mədə ağrılarını da neftdən düzəldilmiş həblərlə sağaldırdılar.

Bilirsinizmi, iltihab əleyhinə ağrıkəsici kimi istifadə olunan aspirin də neftdən hazırlanır.