12 may 2022 23:23
358

Məşhurların karyerası haradan başlayır? - FOTOLAR

Təcrübə göstərir ki, bütün populyar insanlar kortəbii şöhrət qazanmırlar, uzun illər asan və xoş olmayan işlərdə çox çalışıblar. Aşağıda bir çox  məşhur şəxsiyyətlərin dünyaca hörmət qazanmadan əvvəl nə etdikləri ilə bağlı məlumat əldə edə bilərsiniz:

Keyt Uinslet

Keyt aktrisa olmamışdan əvvəl bir supermarketin qastronom bölməsində satış işçisi işləyib.

Eva Mendes

Eva Mendes karyerasına qida xidməti sənayesində başladı, qısa müddət pizzaçı işləyib və sonra ticarət mərkəzində hot-doq satıb.

Cennifer Eniston

Aktrisa “Dostlar” serialına dəvət olunmazdan əvvəl fərqli işlərlə məşğul olurdu və yetkin yaşlarından gələcək aktrisa uzun müddət telemarketinqçi kimi çalışıb.

Vupi Qoldberq

Vupi Qoldberq aktrisa olmamışdan əvvəl müxtəlif sahələrdə çalışıb. Çox təəccüblənəcəksiniz, amma Vupi hətta bir dəfn evində də işləyib.

Qven Stefani

Qven Stefani bir dəfə fastfud şəbəkəsində qaşıq dondurma satırdı. Bir az sonra Qven özünü bir mağazada vizajist kimi sınamağa başladı.

Lüsi Liu

Lüsi uşaqlıqdan aktrisa olmaq arzusunda idi və bu arzusunu həyata keçirmək üçün çox çalışdı: o, katibə, aerobika üzrə təlimatçı, axşamlar isə Londonda Soho ticarət və əyləncə evində hostes kimi çalışırdı.

Evangelin Lili

Aktiv aktyorluq karyerasından əvvəl "İtirilmiş" serialının ulduzu bir çox təsadüfi peşələrdə çalışıb: ən çox aktrisa stüardessa işini xatırlayır, baxmayaraq ki, bir stüardessa işi o qədər yorucu idi ki, Evangelin Lili qısa zamanda bu işdən uzaqlaşdı.

Stiven Kinq

Universitetdə təhsil haqqını ödəmək üçün Stiven təmizlik, yanacaqdoldurma və sənaye camaşırxana işçisi kimi çalışaraq pul qazanırdı.

Miley Sirus

Miley Sirus təmizlik şirkətində təmizlikçi işləyib. O, bu vəzifəni 11 yaşında ikən tutub. Onun vəzifələrinə evlərin təmizlənməsi və hətta tualetlərin yuyulması daxil idi.

Stiv Buskemi

Hollivudda məşhurlaşmazdan əvvəl Stiv Buskemi Nyu Yorkda yanğınsöndürən işləyirdi.

Cenifer Lopez

Cennifer Lopez ulduz olmazdan öncə hüquq bürosunda katibə işləyirdi. Polis və yanğınsöndürənlər üçün vergi bəyannamələrini doldururdu.

Bred Pitt

Orta məktəbi bitirdikdən sonra Pitt jurnalistika təhsili almağa başladı və kim bilir, o, Hollivud xəyallarından əl çəksəydi, cəsur bir döyüş müxbiri və ya cazibədar televiziya aparıcısı olardı. Pitt kuryer, limuzin sürücüsü və toyuq kostyumunda küçə promouteri kimi işləyib.

Corc Kluni

Corc Kluni qadın ayaqqabılarının satıcısı olub.       

Hyu Cekman

Hyu aktyorluq karyerasına uşaq şənliklərində təlxək obrazı ilə başlayıb.

Megan Foks

Meqan yeniyetmə ikən meyvə smuzisi və dondurma mağazasında işləyirdi.

Silvestr Stallone

“Rokki” üçün ssenari yazıb satmazdan əvvəl, həvəskar aktyor həftələrlə avtomobildə yaşayıb, avtobus dayanacaqlarında yatıb və hətta 200 dollara porno filmlərdə rol alıb.

Nikki Minaj

Nikki etiraf edir ki, o, xidmət sənayesində yaxşı işçi olmayıb. O, qələmini təsadüfən “oğurlayan” müştəriyə qarşı kobud davrandığı üçün “Red Lobster” dəniz məhsulları restoranından qovulub.

Beyons

6 yaşından 9 yaşına qədər Beyons anası Tina Noulsun gözəllik salonunda ona kömək edirdi. Döşəməni süpürüb, gələnləri mahnılarla əyləndirirdi.

Nikol Kidman

Anasına döş xərçəngi diaqnozu qoyulanda Nikol məktəbi yarımçıq qoyub, masajçı kimi işə başlayıb. Aktrisa bu işi bir səbəbdən seçmişdi: müalicə zamanı anasına əzələ ağrılarının öhdəsindən gəlməyə də kömək etmək

Kanye Vest

Yeniyetmə ikən Kanye “Gap” geyim mağazasında işləyirdi.

Madonna

19 yaşında Nyu-Yorka köçən Madonna qısa müddətə “Dunkin Donuts”da donat satdı, ləngliyinə görə oradan qovuldu.

Nubar Süleymanova, “İki sahil”