14 may 2022 12:32
231

Ukrayna zəruri reqlamentləri razılaşdırıb

Ukrayna Nazirlər Kabineti Azərbaycan, Fars körfəzi və Yaxın Şərq ölkələrindən neft məhsullarının idxalı üçün zəruri reqlamentləri razılaşdırıb.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin baş naziri Denis Şmıqal bildirib.

Qeyd olunur ki, bu məqsəd üçün xüsusi olaraq dövlət sərhədində buraxılış məntəqəsi hazırlanır.

Ukraynanın İnfrastruktur Nazirliyi ilə Dövlət Sərhəd Xidməti arasında qərb buraxılış məntəqələrindən birinin yalnız benzin daşıyan maşınlar üçün nəzərdə tutulması barədə razılığa gəlinib.

Bundan başqa, Ukraynanın Polşa ilə sərhədində bəzi buraxılış məntəqələrinin sırf yük daşımaları üçün istifadəsi, nəqliyyat vasitələri və sərnişinlərin digər məntəqələrə yönləndirilməsi nəzərdə tutulur.