16 may 2022 14:17
441

Boşanmağa hazırlaşan məşhur aktyor onunla sevgilidir

Məşhur aktyor Ceyson Momoa yenidən şəxsi həyatı ilə gündəmə gəlib.

“İki sahil” xəbər verir ki, bir neçə fərqli mənbə "People"a aktyorun meksikalı aktrisa Eiza Qonzaleslə müasibətdə olduğunu bildirib. Cütlüyə yaxın mənbələr xəbəri təsdiqləsələr də münasibət hələlik bir o qədər də ciddi olmadığını vurğulayıblar.

Qeyd edək ki, bir müddət əvvəl Momoa həyat yoldaşı Liza Bone ilə boşanacaqlarınə açıqlamışdı. 2005-ci ildən münasibətdə olan cütlük 2017-ci ildə ailə həyatı qurub. Onların biri oğlan, digəri qız olmaqla 2 övladı var.

Eizanı adı isə 2018-ci ildə Josh Duhamel, 2020-ci ildə Timothée Chalamet ilə hallanıb.