16 may 2022 15:43
763

Gürcüstanın Baş naziri bu gün Brüsselə səfər edəcək

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün Brüsselə səfər edəcək.

“İki sahil” xəbər verir ki, hökumət başçısı bu barədə hökumətin iclasında bildirib. Qeyd edib ki, səfər çərçivəsində NATO Baş katibi Yens Stoltenberq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və digər Aİ rəsmiləri ilə görüşlər keçirəcək.

Qaribaşvilinin sözlərinə görə, keçiriləcək görüşlərdə Gürcüstanın Aİ-yə üzvlüklə bağlı tamamlayaraq təqdim etdiyi sorğu və digər mühüm məsələlər müzakirə ediləcək.