16 may 2022 16:39
440

Suares "Atletiko" ilə vidalaşdı

"Atletiko"dan ayrılacağı açıqlanan Luis Suares klubla vidalaşıb.

“İki sahil” xəbər verir ki, uruqvaylı hücumçu bununla bağlı "İnstaqram" hesabında paylaşım edib:

​"Hər bir azarkeşə və klub nümayəndələrinə göstərdikləri sevgiyə görə təşəkkür edirəm. Onlara minnətdaram. Hər zaman yanımda olan, məni izləyən ailəmə də təşəkkür edirəm".

Qeyd edək ki, 2020-ci ildə "Barselona"dan ayrılaraq "Atletiko"ya keçən 35 yaşlı forvard Madrid klubunda 61 oyuna 32 qol vurub.