Bu ilin 4 ayı ərzində SOCAR tərəfindən 3-cü tərəflərdən alınıb satılan neft və neft məhsullarının həcmi 14,65 mln. ton təşkil edib, bunun da 13,34 mln. tonu neftin payına düşüb.
SOCAR-dan “İki sahil”ə verilən məlumata görə, cari ilin yanvar-aprel ayları ərzində SOCAR tərəfindən 2,01 mlrd. kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) ticarəti həyata keçirilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 33% çoxdur.
Məlumata görə, SOCAR hazırda 40 ölkənin 100-dən çox məntəqəsində Azərbaycan nefti və neft məhsulları ilə yanaşı, 3-cü tərəflərdən alınıb satılan neft və neft məhsullarının ticarətini də uğurla həyata keçirərək əlavə iqtisadi dəyər yaradır.
“SOCAR Türkiyə” insan resurslarına yatırımı Türkiyənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir
SOCAR Bolqarıstanda qazpaylayıcı şəbəkə layihəsi üçün ilkin mühəndis layihələndirmə işlərini başa çatdırıb