17 may 2022 13:48
463

Xocalı kəndi qazlaşdırılacaq

Salyan rayonunun Xocalı kəndində 3 660 metr uzunluğunda qaz xətti çəkiləcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev öz “Facebook” səhifəsində paylaşım edib.

Məlumata əsasən, qeyd olunan qaz xətti çəkilməklə 87 abonent təbii qazla təmin olunacaq.

Xatırladaq ki, 2022-ci ilin qazlaşdırma proqramı çərçivəsində, 69 kəndin və 62 yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılıb.