17 may 2022 17:04
1254

Həmin BTR-in üstünə nə üçün “AXC” yazılmışdı və Parlamentin qarşısında nə işi vardı?

Şəkildə gördüyünüz bu zirehli döyüş texnikası səhv etmirəmsə BTR adlanır. Sözüm onda deyil! Demək istədiyim odur ki, şəkillərə diqqətlə baxsanız həmin zirehli döyüş texnikasının yan və arxa tərəflərinə “AXC” sözünün yazıldığını asanlıqla görə bilərsiniz. 1992-ci ilin elə bu günlərində, Bakıda Parlamentin binası qarşısında qeydə alınan bu kadrlar sübut edir ki, AXC-Müsavat cütlüyü ölkədə silah gücünə hakimiyyətə gəldilər. Mövcud hakimiyyəti silah gücünə uzaqlaşdırmağın bir adı var, dövlət çevrilişi! Bu hadisələr o zaman baş verirdi ki, Şuşa bir həftə idi işğal edilmiş, növbə Laçına çatmışdı. Bütün güclər döyüş meydanına, erməni silahlı birləşmələrinə qarşı birləşməli olduğu bir vaxtda cəbhəçilər döyüş meydanından silah və texnikanı paytaxt Bakıya gətirərək hakimiyyətə gəlmək istəklərini təmin etməklə məşğul idilər. Bu hərəkətlər isə xalqa, dövlətə, Vətənə xəyanət idi. Zireh gücünə özlərini demokrat kimi qələmə vemək tamaşasından da çəkinmirdilər. Erməni isə döyüş zonasında müqavimətsiz irəliləyir, bir-birinin ardınca torpaqları işğal edirdi.

Erməni də, AXC-Müsavat cütlüyü də  silah gücünə istəyinə nail oldu.  Ancaq müvəqqəti! Hakimiyyət, kreslo düşgünü olan AXC-Müsavat cütlüyü qısa zamanda ölkəni məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Cəbhəçilər tək Bakıda deyil, ölkənin müxtəlif bölgələrində silah və zirehli texnikalarla özbaşınalıqlar törədirdilər. Bir sözlə, “bəylər” ölkəni dərəbəyliyə çevirmişdilər.  Deyim ki, bir “cəbhəçi imici” də formalaşdırmışdılar, bu “taliblər”! Demokrat adlı, əli silahlı, üzü saqqallı!

O dövrü görməyən gənc nəslin gözünə kül üfürməyə çalışan Əli Kərimli yaxşı olar ki, sosial şəbəkələrdə boş-boş danışınca bu suallara aydınlıq gətirsin! Silahlı şəxslərin  və bu BTR-in Parlamentin qarşısında nə işi vardı? Həmin BTR-in  üstünə nə üçün “AXC”  yazılmışdı?

Anar Şahmuradov,

YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı