18 may 2022 10:58
276

Kürəkən özündən 9 yaş böyük qayınatasını öldürüb

Bakıda kürəkən qayınatasını qətlə yetirib.

“İki sahil” xəbər verir ki, hadisə Sabunçu rayonu Ramanı qəsəbəsi "Şuşa şəhərciyi"ndə qeydə alınıb.

1987-ci il təvəllüdlü Taleh Heydərov qayınatası, 1978-ci il təvəllüdlü Qabil Qənbərovu bıçaq zərbələri ilə qətlə yetirib.

Taleh Heydərov hadisə yerindən qaçıb. Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.