Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak edən nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.
“İki sahil” xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Füzuli Beynəlxalq Hava Limanında olub.
Azərbyacan, Türkiyə, Pakistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılığı ilə nümayəndə heyətləri daha sonra Şuşa şəhərinə səfər edəcək.
Füzuli Beynəlxalq Hava Limanının direktoru nümayəndə heyətinə burda yaradılan şərait barədə məlumat verib.
Çin agentliyi Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən yazıb
Rusiya mediasında Prezident İlham Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsi işıqlandırılıb
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir