SOCAR “Azəriqaz” İstehsalat Birliyinin başlatdığı “Açıq mikrofon” aksiyası çərçivəsində vətəndaşlarla keçirilən görüşlər davam edir.
“İki sahil” xəbər verir ki, Aksiyanın mahiyyəti qaz təchizatı ilə bağlı yaranan problemlərin yerindəcə dinlənilməsinə, ünvanlanan müraciətlərin birbaşa Birlik rəhbərliyinə çatdırılmasına xidmət edir. Bu istiqamətdə növbəti görüş Tərtər rayonunda baş tutub.
Sakinlər “Səyyar qəbul otağı”nın imkanlarından yararlanaraq qarşılaşdıqları çətinliklərdən söz açıblar.
Daxil olan müraciətlər əsasən sonradan ödənişli (mexaniki tipli) sayğacın əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəzlənməsi, qapı keçidinin quraşdırılması, işə qəbul, fərdi qazlaşma, qaz sayğacının və küçə qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı olub.
Ünvanlanan müraciətlərlə bağlı SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən lazımi izahatlar verilib.
“SOCAR Türkiyə” insan resurslarına yatırımı Türkiyənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir
SOCAR Bolqarıstanda qazpaylayıcı şəbəkə layihəsi üçün ilkin mühəndis layihələndirmə işlərini başa çatdırıb