31 may 2022 17:33
1391

Heydər Əliyev adına Neft Emalı Zavodunda təmir işləri başa çatdırılmışdır

Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) bütün istehsalat və sahələri  “SOCAR Downstream Management”in (SDM) baş direktorunun layihələr və sərmayələr üzrə müavininin müvafiq əmrinə əsasən  04 aprel 2022-ci il tarixdən əsaslı təmirə dayandırılmışdır. Əmrə əlavə edilmiş cədvələ uyğun aidiyyatı struktur bölmələr üzrə işçilər SDM və NEZ tərəfindən təmir işlərinə cəlb olunmuşlar.

Cəlb olunduğumuz Koks üzrə 4 №-li istehsalatın tədrici kokslaşma qurğusunda ağır neft məhsullarının kokslaşma prosesi həyata keçirilir.

21-10/5 tipli qızdırılmayan kameralarda ağır neft məhsullarının tədrici kokslaşma qurğusu elektrod koksunun alınması üçün nəzərdə tutulmuşdur. Koksdan əlavə qurğuda quru qaz, stabil maye qaz başlığı, kokslaşma benzini, yüngül qazoyl (məişət soba yanacağı komponenti) və s. alınır.

Koks üzrə 43 №-li qurğuda aşağıdakı bölmələr və qovşaqlar fəaliyyət göstərir:

xammal qızdırılma qovşağı;

xammalın kokslaşması və kokslaşma məhsullarının rektifikasiya bölməsi;

koksun üfürülmə və soyudulması məhsullarının tutulması qovşağı

benzinə inhibitorun verilməsi və onun qələviləşdirilməsi qovşağı;

kokslaşmanın yüngül qazoyl fraksiyasının qələviləşdirilməsi qovşağı;

nasosların soyudulması qovşağı;

koksun su ilə kəsilməsi üçün suyun hazırlanması qovşağı;

koksun nəqli, ayrılması və saxlanılması qovşağı;

xam koks anbarı və koks bunkerləri;

Qurğu xammalın verilməsinə görə fasiləsiz, koksun boşaldılmasına görə periodik (dövrü) iş rejimində işləyir. 07 avqust 1986-cı ildən qurğu istismara verilmişdir.

43 №-li qurğuda  texnoloji proseslərin idarə olunmasında nəzarət ölçü cihazları və avtomatik vasitələrin yeni sisteminin tətbiq olunması geniş vüsət almış, avtomatik elektron vasitələri elektrik və pnevmatik cihazları tamamilə üstələmişdir.Buna səbəb istehsal sahələrinin dünya standartlarına cavab verən müasir elektron ölçü cihazları və avtomatik idarəetmə sistemləri ilə təmin edilməsidir.

NÖC və A üzrə 4 №-li istehsalatın işçiləri verilən tapşırıqları vaxtlı-vaxtında qüsursuz yerinə yetirirlər.Təmir zamanı aşağıdakı işlər görülmüşdür.

Hündürlüyü 120 metr olan tüstü borusu demontaj olunmuş və yeni tüstü borusu inşa olunmuşdur. Yeni tüstü borusu “Prokon” podratçı təşkilatı tərəfindən həyata keçirilir.Quraşdırma zamanı “Prokon” podratçı təşkilatının baş mexaniki Serhat Aydının, təhlükəsizlik üzrə mühəndis Rəşadət Mustafayevin və digər əməyi olan işçilərin məsuliyyətli xidmətlərini qeyd etmək yerinə düşərdi. Təmir zamanı yenidən quraşdırılmış və metal boru başdan ayağa rənglənilir.

T-304, T-306, T-307 və T-326 tutumlarında səviyyə ölçənlər müasir tipli cihazlarla əvəz olunub.

Xammal, benzin, ağır yüngül fleqma xətlərində koriolis tipli kütlə sərf olunması quraşdırılmışdır. Bütün nəzərdə tutulan NÖC və A vasitələri təmir və təftiş olunmuşdur.

4 №-li istehsalatda ütülləşmə qazanları yuyulmuşdur.

S-303; S-301/1 və S-301/2 sobalarında tarketlərin vurulması

İsti dəyişdiricilər bölməsində (İD) qapaqlar açılmış, izolyasiyalar sökülmüş, boru dəstləri yuyulmuş və  izolyasiyanın bərpasına başlanılmışdır.

Ç-302 və Ç- 335 çənlərinin daxili yüksək təzyiqlə yuyulub təmizlənmişdir.

S-303-də qudron xətlərinin yararsız hissələri dəyişdirilmişdir.

Reaktor bölməsində K-310-a gedən xəttin siyirtmələrinin qapaqları açılıb təmir olunub.

T-302 və T-303 tutumları təftiş olunub.

R-301/2,3,4-ün daxilində bimetal və filtirlərin siyirtmələrinin araqatları dəyişdirilmişdir.

SP-301-in daxilində qaynaq işləri aparılmışdır.

Reaktor bölməsində siyirtmələrin qapaqları açılmış 42 ədəd ara qatı dəyişdirilmişdir.

Qurğu ərazisində su xəttinin yararsız hissəsi kəsilib və yenisi ilə əvəz olunmuşdur.

Əsaslı təmir işlərini SDM və NEZ ilə yanaşı, “Prokon”, “Azfen”, “SOCAR Cape” MMS, “İnducat” və s. podratçı təşkilatlar aparmışdırlar.

Qurğuda təmir işləri aparılan müddətdə ekologiya və təhlükəsizlik işçiləri tərəfindən qurğuda qaz təhlükəsizliyi üçün avadanlıqlara hava və zəhərli mühitin müayinəsinə və işin aparılmasında qaz təhlükəsizliyinin təmin edilməsinə daim nəzarət olunur. Təmir aparılan müddətdə təmirə cəlb olunmuş işçilər gündəlik təlimatlandırılır. Təmir zamanı işçilərin üzərinə düşən öhdəliklər səmərəli yerinə yetirilir, sahədə işlər İSO EN-14001:2015 və İSO-45001 Beynəlxalq İdarəetmə Standartlarının tələblərinə uyğun aparılmışdır.

Təbii ki, istehsalatda təmir aparılan zamanı ətraf mühitə zərərli maddələrin atılması ekoloji duruma müəyyən dərəcədə mənfi təsir göstərir. Bu zaman zavodda müxtəlif tullantılar formalaşır. Bunlar istehsalat və məişət tullantılarıdır. Müəssisənin siyasətinə uyğun olaraq tullantıların ətraf mühitə təsirinin azalması təkrar emalı müəyyən edir. İstehsalat sahələrində bütün növ tullantılarla əlaqədar yarana bilən risklər təyin edilərək nəzarətdə saxlanılır. Müəssisədə əmələ gələn tullantılarla bağlı bir sıra işlər görülmüşdür. Belə ki, hər bir  istehsalatın ərazisinə 10 ədəddən çox iri tutumlu konteynerlər yerləşdirilmişdir. Hər bir konteynerin üzərinə rəng kodu yapışdırılmışdır. Təmir zamanı Qaradağ “Tullantıların İdarəedilməsi Mərkəzi”nə 1808 ton 780 kq neftli qum, 357 m3 izolyasiya və digər təhlükəli tullantı Sumqayıt şəhər “Təhlükəli Tullantılar” MMC-yə və qurğularda təmir zamanı formalaşan 1984 ton 145 kq olan neftlişlam isə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamentinin 5 nömrəli sahəsinə daşınmışdır.

Hazırda əsaslı təmirə dayandırılmış texnoloji qurğuların hamısı normal iş rejimində işləyir.

Əjdər Mustafayev,
SDM-in SƏTƏMM Departamentinin ətraf mühit üzrə mütəxəssisi

Şəkillərdə Prokon podratçı təşkilatı tərəfindən tüstü borusunun demontaj edilməsinin görüntüsü.