Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) 4,3 min ton benzin və təxminən 6,5 min ton dizel yanacağı istehsal olunur.
“İki sahil” xəbər verir ki, bunu Bakı NEZ-in modernləşdirilməsi layihəsinin baş direktorunun müavini Emil Alxaslı deyib.
Onun sözlərinə görə, yeni qurğuların istismara verilməsi ilə əlaqədar bu yanacaq növlərinin istehsalı artacaq.
"Zavodun modernləşdirilməsindən sonra həm Azərbaycan neftini, həm də Xəzər regionunun digər ölkələrinin neftinin emalı nəzərdə tutulur", - deyə o bildirib.
“SOCAR Türkiyə” insan resurslarına yatırımı Türkiyənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir
SOCAR Bolqarıstanda qazpaylayıcı şəbəkə layihəsi üçün ilkin mühəndis layihələndirmə işlərini başa çatdırıb