"Azəriqaz” İstehsalat Birliyinin (İB) “Açıq mikrofon” aksiyası davam edir.
İB-dən “İki sahil"ə bildirilib ki, növbəti həftə daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək. Aksiya iyunun 6-da saat 12:00-dan 13:00-dək Ağsu rayonunda (M.Ə. Rəsulzadə küçəsi, İstirahət Parkı), iyunun 7-də saat 11:00-dan 12:00-dək Qobustan rayonunda (Heydər Əliyev Parkı), iyunun 8-də saat 12:00-dan 13:00-dək Şamaxı rayonunda (S.Ə.Şirvanı küçəsi 74, Tarix-Diyarşünaslıq Muzeyinin qarşısındakı park), iyunun 9-da saat 12:00-dan 13:00-dək Ucar rayonunda (Heydər Əliyev Parkı) və iyunun 10-da isə saat 12:00-dan 13:00-dək İsmayıllı rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
“SOCAR Türkiyə” insan resurslarına yatırımı Türkiyənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir
SOCAR Bolqarıstanda qazpaylayıcı şəbəkə layihəsi üçün ilkin mühəndis layihələndirmə işlərini başa çatdırıb