SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.
“İki sahil” xəbər verir ki, növbəti həftə (13-14.06 və 17.06) daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək. Aksiya həftənin birinci günü saat 12:00-dan 13:00-dək Lerik rayonunun Davradibi kəndində (Züvüc, Qələbin və Veri-Əliabad kəndlərinin sakinləri də qatıla bilər), saat 15:00-dan 16:00-dək Yardımlı rayonunun Çaydüzü kəndində, ikinci günü saat 10:00-dan 11:00-dək Astara rayonunun Vənəşikəş kəndində, saat 13:00-dan 14:00-dək Masallı rayonunun Ninalov kəndində və 5-ci günü isə saat 11:00-dan 12:00-dək İmişli rayonunun Hacıalmuradlı kəndində baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
“SOCAR Türkiyə” insan resurslarına yatırımı Türkiyənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir
SOCAR Bolqarıstanda qazpaylayıcı şəbəkə layihəsi üçün ilkin mühəndis layihələndirmə işlərini başa çatdırıb