15 iyun 2022 10:32
1092

Rövşən Nəcəf Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı “Facebook” hesabında paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda deyilir:

“15 iyun – Milli Qurtuluş Günüdür. 1993-cü ildə Azərbaycan xalqının istəyi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətimizin birliyinin, ölkəmizin hərtərəfli inkişafının təməlini qoydu. Bütün Azərbaycan üçün əlamətdar olan bu gün münasibətilə xalqımızı ürəkdən təbrik edirik!”