16 iyun 2022 23:51
1008

SOCAR və Aİ nümayəndələri qaz təchizatının artırılması yollarını müzakirə edib

Avropa İttifaqının Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Oliver Varhelyi SOCAR rəsmiləri ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə qurumun komissarı Oliver Varhelyi tviter hesabında bildirib.

Paylaşımda deyilir: “Qaz təchizatı marşrutlarımızın şaxələndirilməsini genişləndirmək üçün fərqli mənbələrdən Avropaya daha çox qaz gətirilməsi ilə bağlı müzakirələr apardıq”.