“Bu günə qədər SOCAR Rumıniyaya 68 milyon dollar investisiya qoyub”.
“İki sahil” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasında SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov deyib.
O bildirib ki, hazırda Rumıniyada SOCAR-ın 729 işçisi var: "Bundan başqa, orada 67 yanacaqdoldurma məntəqəmiz və 3 yanacaq depomuz mövcuddur. Karbonsuzlaşma, bərpaolunan enerjiyə keçid sahəsində də əməkdaşlığımızı gücləndirmək niyyətindəyik".
“SOCAR Türkiyə” insan resurslarına yatırımı Türkiyənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir
SOCAR Bolqarıstanda qazpaylayıcı şəbəkə layihəsi üçün ilkin mühəndis layihələndirmə işlərini başa çatdırıb