23 iyun 2022 16:48
780

Azərbaycan çay ixracını kəskin artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 5 151,29 min ABŞ dolları dəyərində 886,05 ton çay ixrac edib.

"İki sahil"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, bir il öncəki göstəricidən müvafiq olaraq 39,8% və 84% çoxdur.
Hesabat dövründə, çayın ümumi ixracdakı payı cəmi 0,03%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,43%-ə bərabər olub. Azərbaycana ümumi dəyəri 29 911,41 min dollar dəyərində 6 082,27 ton çay idxal olunub. 2021-ci ilin yanvar-may ayının göstəricisi ilə müqayisədə çay idxalının dəyəri 30,3%, həcmi isə 5,6% artıb.

Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,58% təşkil edib.

2022-ci ilin ilk beş ayında (2021-ci ilin yanvar-may aylarının göstəricisi ilə müqayisədə) ölkənin çay idxalı ixracı dəyər ifadəsində 5,8 dəfə, həcm ifadəsində isə 6,8 dəfədən çox üstələyib.