24 iyun 2022 16:37
747

Mikayıl Cabbarov "Masdar" şirkətinin rəhbəri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ADNOC şirkətlər qrupunun baş direktoru, "Masdar" şirkətinin sədri Sultan Əl Caber ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə nazir özünün "Twitter" hesabında məlumat verib.

O bildirib ki, görüşdə ölkələrimiz arasında uğurlu iqtisadi əlaqələr, neft-qaz hasilatı və neft-kimya üzrə layihələr, yaşıl enerji istehsalı üzrə əməkdaşlığın genişləndirilməsi barədə danışılıb.