25 iyun 2022 15:12
817

Orxan Məmmədov Caydev Sinqx ilə görüşüb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov səlahiyyət müddətinin başa çatması ilə bağlı USAID-in Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx ilə görüşüb.

KOBİA-dan "İki sahil"ə verilən məlumata görə, görüşdə KOB-lara dəstək məqsədilə KOBİA və USAİD-in iştirakı ilə həyata keçirilmiş birgə tədbirlərə dair fikir mübadiləsi aparılıb, C.Sinqxə gələcək fəaliyyətində uğurlar arzu edilib.