30 iyun 2022 13:50
776

Gürcü mütəxəssis Kipr millisinin baş məşqçisi təyin edildi

Gürcüstanlı mütəxəssis Temuri Ketsbaya Kipr millisinin baş məşqçisi təyin olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Kipr Futbol Federasiyasının saytı məlumat yayıb. Onunla prisipial razılıq əldə edildiyi və 2026-cı ilin sonuna qədər müqavilə imzalanacağı bildirilib.

Qeyd edək ki, 54 yaşlı Ketsbayanın Kiprdə futbol təcrübəsi olub. O, 2004-cü ildə futbolçuykən “Anortosis”ə məşqçi təyin edilib. Onuт rəhbərliyi altlında klub tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrupunda oynayıb.

Ketsbaya məşqçi kimi Gürcüstan millisi, “Olimpiakos Pirey”, APOEL, AEK (Afina) və “Orenbuq”da (Rusiya) da çalışıb. Onun son  klubu “Anortosis” olub. Gürcü məşqçinin rəhbərliyi altında komanda UEFA Konfrans Liqasının qrupunda çıxış edib.