Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin növbəti həftə (04-08 iyul tarixlərində) saat 12:00-da daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək.
"İki sahil"in “Azəriqaz”a istinadən verdiyi məlumata görə, aksiya həftənin birinci günü Ağdaş rayonunda (Ağdaş şəhəri, M.İsayev küçəsi, Musiqi məktəbinin qarşısı), 2-cü günü Balakən rayonunda (Balakən şəhəri, Heydər Əliyev prospekti, Heydər Əliyev adına muzeyin qarşısı), 3-cü günü Qax rayonunda (Qax şəhəri, Heydər Əliyev prospekti, Heydər Əliyev Parkı) , 4-cü günü Oğuz rayonunda (Oğuz şəhəri, Heydər Əliyev prospekti, İstirahət Parkı ), 5-ci günü isə Zaqatala rayonunda (Zaqatala şəhəri, Nizami küçəsi, Mədəniyyət evinin qarşısı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
“SOCAR Türkiyə” insan resurslarına yatırımı Türkiyənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir
SOCAR Bolqarıstanda qazpaylayıcı şəbəkə layihəsi üçün ilkin mühəndis layihələndirmə işlərini başa çatdırıb