“İqlim dəyişmələrinin təsərrüfat fəaliyyətinə mənfi təsirlərinin qarşısının alınması, aradan qaldırılması və uyğunlaşma üçün konkret tədbirlərin və təxmini büdcənin müəyyənləşdirilməsi də təxirə salınmadan həllini tapmalıdır”.
“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O qeyd edib ki, eyni zamanda, əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Baş nazirinin yanında keçirilmiş "İqlim dəyişmələrinin yaratdığı risklər, onların qarşısının alınması və yarana biləcək mümkün fəsadlara hazırlığın müzakirəsi haqqında” iclasın protokolunun 4-cü bəndində dövlət investisiya layihələri çərçivəsində nəzərdə tutulmuş erkən xəbərdarlıq sistemlərinin SOCAR-ın Xəzər dənizindəki neft-qaz infrastrukturunda quraşdırılması imkanları da nəzərdən keçirilməlidir.
“SOCAR Türkiyə” insan resurslarına yatırımı Türkiyənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir
SOCAR Bolqarıstanda qazpaylayıcı şəbəkə layihəsi üçün ilkin mühəndis layihələndirmə işlərini başa çatdırıb