SOCAR-ın “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev Naftalan şəhərində Şərqi Zəngəzurun qaz kəmərlərinin inventarlaşdırılma prosesində əməyi olan Birlik əməkdaşları ilə görüş keçirib.
“İki sahil” xəbər verir ki, baş direktor gərgin, məsuliyyətli və şərəfli işlərində İstehsalat Birliyinin işçi heyətinə uğurlar arzu edib və onları mükafatlandırıb. Qurum rəhbəri bildirib ki, Birliyin fəaliyyəti işğaldan azad edilən ərazilərdə aparılan yüksək səviyyəli quruculuq işlərinə adekvat olmalıdır.
Qeyd edək ki, mükafatlandırılanlar arasında Naftalan şəhəri xidmət sahəsinin əməkdaşları da olub.
“SOCAR Türkiyə” insan resurslarına yatırımı Türkiyənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir
SOCAR Bolqarıstanda qazpaylayıcı şəbəkə layihəsi üçün ilkin mühəndis layihələndirmə işlərini başa çatdırıb