Bu gün "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrənin "Sürix" klubu ilə ilk oyuna çıxıb.
“İki sahil” xəbər verir ki, Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayıb.
Qarşılaşmanın 17-ci dəqiqəsində Kadi hesabı açıb. 36-cı dəqiqədə isə İbrahima Vadji ağdamlıların ikinci qolunu vurub – 2-0. 65-ci dəqiqədə "Sürix"in futbolçusu Lindrit Kamberi hesab arasındakı fərqi minimum endirsə də, bir dəfiqə sonra fərqlənən İ.Vadji “atlıların” üstünlüyünü 2 topa çatdırıb – 3-1. 85-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Mirlind Kryeziu isveçrəlilərin təsəlli qolunu vurub - 3-2.
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi
İlk oyun
20:00. "Qarabağ" (Azərbaycan) 3-2 "Sürix" (İsveçrə)
Qol: Kadi, 17 (1:0), İbrahima Vadji, 36 (2:0), Lindrit Kamberi, 65 (2:1), İbrahima Vadji, 66 (3:1), Mirlind Kryeziu, 85-pen. (3:2)
Hakimlər: İrfan Pelto, Senad İbrisimbeqoviç, Davor Belyo, Miloş Giqoviç (Bosniya və Herseqovina)
Tofiq Bəhramov adına Respublika Stadionu.
Komandalar arasında cavab oyunu iyulun 27-si İsveçrədə olacaq.
Cütün qalibi ÇL-in 3-cü təsnifat mərhələsində "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Məğlub tərəf isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç) cütünün zəifi ilə görüşəcək.
***
İkinci hissə başladı.
***
İlk hissə başa çatdı. Komandalar fasiləyə yollandı.
***
"Qarabağ"dan ikinci qol. İbrahima Vadji fərlənir - 2:0.
***
17-ci dəqiqədə Kadi Borges hesabı açır.
***
Matç başladı.
***
Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” bu gün 2-ci təsnifat mərhələsində ilk oyununu keçirəcək.
“İki sahil” xəbər verir ki, Ağdam klubu Tofiq Bəhramov adına Respubluka stadionunda İsveçrənin “Sürix” komandası ilə qarşılaşacaq.
Bu komandalar arasındakı cavab matçı iyulun 27-də İsverçədə keçiriləcək.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
19 iyul
20:00. Qarabağ – Sürix (İsveçrə)
Hakimlər: İrfan Pelto, Senad İbrisimbeqoviç, Davor Belyo, Miloş Giqoviç (hamısı Bosniya və Herseqovina).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
***
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 81. Kevin Medina, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev
“Sürix”: 25. Yanik Brexer 2. Lindrit Kamberi 3. Adrian Gerrero, 6. Fidan Aliti, 10. Antonio Markesano, 16. Mark Hornşux, 19. Nikola Boraniyaşeviç, 21. Blerim Cemayli, 22. Vilfred Qnonto, 23. Fabian Roner, 31. Mirlind Kryeziu
Ehtiyat oyunçular: 1. Jivko Kostadinoviç, 34. De Nitti, 7. Bledian Krasniqi, 8. Ole Selnes, 9. İvan Santini, 11. Jonatan Okita, 15, Ayequn Tosin, 17. Şeyk Konde, 28. Karol Mets, 33. Ştefan Zayler, 35, İlan Sauter, 39. Akakiy Qogia