Azərbaycan mediası tarixin bütün dönəmlərində cəmiyyətimizin güzgüsü rolunu oynayıb
SOCAR Milli Mətbuat Günü ilə bağlı paylaşım edib.
“İki sahil” xəbər verir ki, paylaşımda qeyd olunur:
"Əziz media nümayəndələri, bütün Azərbaycan üçün əlamətdar olan bu tarixdə - Milli Mətbuat Günündə hər birininizi ürəkdən təbrik edir, çətin və şərəfli işinizdə yeni-yeni uğurlar arzulayırıq.
147 il bundan əvvəl “Əkinçi” qəzetinin yaranması ilə əsası qoyulan Azərbaycan mətbuatı və onun layiqli varisi olan müasir Azərbaycan mediası tarixin bütün dönəmlərində cəmiyyətimizin güzgüsü rolunu oynayıb."
Bu gün Siz Azərbaycanın Şanlı Zəfər və yüksəliş salnaməsini dünya ictimaiyyətinə uğurla çatdırırsınız.
Milli Mətbuat Günümüz mübarək!
“SOCAR Türkiyə” insan resurslarına yatırımı Türkiyənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir
SOCAR Bolqarıstanda qazpaylayıcı şəbəkə layihəsi üçün ilkin mühəndis layihələndirmə işlərini başa çatdırıb