Hollivud ulduzu Cessika Çesteyn Ukraynanın paytaxtı Kiyev şəhərində olub.
“İki sahil” xəbər verir ki, aktrisa şəhərdə qatar stansiyasında görüntülənib. O, səfəri zamanı ölkə Prezidenti Volodimir Zelenski ilə də görüşüb.
“Amerikalı aktrisa Cessika Çesteyn bu gün Ukraynadadır. Bizim üçün məşhur insanların belə səfərləri çox dəyərlidir. Bu, dünyanın ölkəmizdə baş verən hadisələr haqqında həqiqəti daha çox eşitməsinə, bilməsinə və anlamasına imkan verəcəkdir. Dəstək üçün təşəkkür edirəm!” - deyə, Zelenski görüşdən olan fotoları feysbuk hesabında paylaşıb.
Cessika səfəri zamanı həm hərbi, həm də uşaq xəstəxanalarını ziyarət edərək oradakı vəziyyətlə və yaralıların sağlamlığı ilə maraqlanıb.
Qeyd edək ki, bundan əvvəl aktrisa Ancelina Coli, aktyorlar Şon Penn və Ben Stiller də Ukraynaya səfər edib.a
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub
Limada Azərbaycanın mədəni irsi, turizm potensialı, milli dəyərləri və tarixi abidələri ictimaiyyətə təqdim olunub
Faiq Quliyev Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə tanış olub