09 avqust 2022 09:29
499

BMT: Koordinasiya Mərkəzi iki gəminin Ukraynadan çıxmasına icazə verib

Türkiyənin İstanbul şəhərindəki birgə Koordinasiya Mərkəzi avqustun 9-da qarğıdalı və günəbaxan yağı daşıyan iki gəminin Ukraynanın Çernomorsk şəhərindən yola salınmasına icazə verib.

“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidmətinin press-relizində deyilir.

"Birgə Koordinasiya Mərkəzi bu gün iki gəminin dəniz humanitar dəhlizi ilə 70 min ton ərzaq yükü ilə yola salınmasına icazə verib. Gəmilər avqustun 9-da yola düşəcək", - mətndə deyilir.

Qeyd edilir ki, 64 min ton qarğıdalı yükü olan “Ouşn Layon” gəmisi Ukraynanın Çernomorsk şəhərindən Cənubi Koreyaya, 5,3 min ton günəbaxan yağını daşıyan “Raxmi Yaqçi” isə İstanbul şəhər limanına yola düşəcək.