09 avqust 2022 09:34
490

Qazaxıstanda koronavirusa yoluxanların sayı artıb

Qazaxıstanda son sutka ərzində koronavirusa 1 128 yoluxma halı qeydə alınıb.

"İki sahil" xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 369 333 nəfərə çatıb.

Eyni zamanda, ötən sutka koronavirusdan 1 691 nəfər sağalıb, sağalanların ümumi sayı 1 329 423 nəfər təşkil edir.