09 avqust 2022 12:42
513

Avropa-Asiya dəhlizinin Azərbaycan hissəsində yükdaşımalar 19% artıb

Bu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 24 253,5 min ton, yük dövriyyəsi isə 6005,6 milyon ton-km olmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19,3 faiz və 25,6 faiz artım müşahidə olunub.

“İki sahil” xəbər verir ki,  Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yüklərin 13 079,6 min tonu və ya 53,9 faizi avtomobil nəqliyyatı, 7 914,2 min tonu və ya 32,6 faizi dəmir yolu nəqliyyatı, 3 259,7 min tonu və ya 13,5 faizi dəniz nəqliyyatı ilə daşınıb.

“Dəhliz vasitəsilə daşınmış yüklərin 27,3 faizini və ya 6 621,5 min tonunu tranzit yüklər təşkil edib”, - məlumatda qeyd olunur.