13 avqust 2022 09:46
626

Polisə 11 min dəfədən çox zəng etdi

ABŞ-da qadın il ərzində 11 min dəfədən çox polisə zəng etdiyi üçün həbs olunub.

Məlum olub ki, qadının köməyə ehtiyacı olmayıb - o, sadəcə polis məmurları ilə höcətləşib.

“İki sahil” xəbər verir ki, Karla Cefferson adlı qadının hüquq-mühafizə orqanlarının səbrini daşırdığı son damla isə iyulun əvvəlində onun 24 saat ərzində polis idarəsinə 512 dəfə zəng etməsi olub. İş o yerə gəlib ki, qadın xətt operatorunun adını çəkərək, onunla mübahisə edib.

Polislər ona boş yerə zəng etməyi dayandırmasa, həbs olunacağı ilə bağlı xəbərdarlıq məktub göndərib. Lakin Karla onların sözlərini qulaqardına vurub, buna görə də dəmir barmaqlıqlar arxasına düşüb. Üstəlik, Cefferson həbsinə qətiyyən etiraz etməyib və məmurlara “bu oyunu oynamağı sevdiyini” deyib.

Qadının hansı cəza ilə üzləşdiyi məlum deyil. Sonradan məlum olub ki, o, 400 dollar girov müqabilində sərbəst buraxılıb.