14 avqust 2022 12:40
805

Dərinizi nəmləndirən avokado maskası

Soyuq hava şəraiti və ya qrip kimi bir çox xəstəliklərdə dəri qurumağa başlayır.

“İki sahil” üzünüzü nəmləndirəcək avokado maskanısı təqdim edir.

Bir yemək qaşığı avokado püresi, 1 çay qaşığı bal, 1 çay qaşığı qaymaq və 1 ampul E vitaminini qarışdıraraq krem halına salın. Maskanı üzünüzdə 20 dəqiqə saxlayıb, daha sonra isə ilıq suyla dərinizi təmizləyin. Ardınca isə gül suyu ilə üzünüzü silin.