15 avqust 2022 11:07
467

“Qarabağ” - “Viktoriya” matçını Sloveniyadan olan hakimlər briqadası idarə edəcək

Bakıda “Qarabağ” və Çexiyanın “Viktoriya” (Plzen) komandası arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları açıqlanıb.

"İki sahil" AFFA-nın rəsmi saytı xəbər verir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Slavko Vinçicə Tomaz Klancnik və Andraj Kovacic laynsmanlar qismində köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Rade Obrenoviç yerinə yetirəcək.

VAR hakimləri Nejc Kajtazovic və Jure Praprotnik olacaqlar.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək “Qarabağ” – “Viktoriya” görüşü saat 20:45-də başlayacaq.