İraqlı cüdoçu Sehen Saccad (81 kq) antidopinq qaydalarını pozduğuna görə, Paris-2024 Yay Olimpiya Oyunlarında diskvalifikasiyaya məruz qalıb.
“İki sahil” xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) məlumat yayıb. Bu, Oyunlarda ilk dopinq cəzası kimi qeydə alınıb. 28 yaşlı idmançının iyulun 23-də verdiyi test müsbət olub. Onun qanında qadağan olunmuş metandion və boldenon maddələri tapılıb. Saccad olimpiadanın 1/16 finalında özbəkistanlı Şarofiddin Boltobayevlə qarşılaşmalı idi. Bu idmançının yolu 1/8 finalda Azərbaycan cüdoçusu Zelim Tçkayevlə kəsişə bilər.
Qeyd edək ki, qaydalara görə, İraq olimpiyaçısı Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib, B testinin nəticələrini istəmək hüququna malikdir.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir