15 avqust 2022 14:40
579

ASCO-nun “Azərbaycan” kran gəmisi “Abşeron” layihəsindəki işlərə cəlb edilib - FOTO/VİDEO

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) 2 500 ton yükqaldırma qabiliyyətinə malik “Azərbaycan” kran gəmisi “Abşeron Erkən Hasilat Platforma Kompleksi”nin üst tikilərinin “Abşeron” yatağına nəqli və dayaq blokunun üzərində quraşdırılması əməliyyatlarına cəlb olunub.

Bu barədə “İki sahil”ə ASCO-dan məlumat verilib.

Bu məqsədlə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda hazırlanan üç ədəd üst tikilinin ikisi – “AMO-2” və “AMO-1” modulları kran gəmisinin köməkliyi ilə barjalara yerləşdirilib. “AMO-3” modulu isə “Azərbaycan” kran gəmisinin öz göyərtəsinə yüklənib.

Üst tikililər “Abşeron” yatağına çatdırıldıqdan sonra “Azərbaycan” kran gəmisi burada onların dayaq blokunun üzərində quraşdırılmasında iştirak edəcək.