16 avqust 2022 04:31
907

Sirr saxlamaq müdriklikdir

Alimlərin müşahidələrinə görə, sirr  saxlamaq psixi durumunuza  müəyyən zərər verə bilər. Buna görə də insanların əksəriyyəti qeybət edib  özlərini qoruyaraq, digər insanların həyatını korlayırlar. Lakin bu zaman öz psixikanızı qorumaqla bərabər, başqalarının da  həyatı üçün  problem yaratmamalısınız. Bəs bu məsələni elmi cəhətdən həll etməyin etibarlı yolları vardır?

Tətqiqatçıların sözlərinə görə, sirlərin açıqlaması və yaxud dedi-qodular orqanizmimizi  və ruhumuzu dərhal sağaldır. Ancaq bunu etmək olarmı? Bu mövzunu müzakirə edərkən, məşhur ingilis şairi və tənqidçisi Samuel Consonsun sözləri yada düşür . Onun sözlərinə görə, öz sirrini saxlamaq müdriklikdir və bu sirrin başqalarının da saxlaya biləcəklərinə ümid etmək  sadəcə axmaqlıqdır.

Əvvəlcə niyə sirrinizi bölüşmək istədiyinizi bir düşünün. “Kolumbiya biznes məktəbinin” psixoterapevtlərinin düşüncələrinə görə, insanlar sirləri ilə tək qalmaq istəmirlər və təklikdən qorxaraq “gizli dünyalarını” başqalarına “ etibar” edirlər. Bəzi insanlara müəyyən bir bilginin sirr olduğunu söyləyəndə  onlar özlərini  sanki bir çərçivə içində hiss edirlər. Bəziləri bir sirri paylaşıb,müzakirə edərək rahatlıq tapırlar, bəziləri isə kimlərəsə xoş gəlmək üçün onlara etibar edilən məlumatı başqalarına yayırlar. Beverli-Hilsdən olan psixoterapevt Fren Uonfilş sirləri yalnız yaxın insanlarınıza (ailədən olan qohumlarınıza) etibar etməyi  məsləhət görür. Onun fikirlərinə görə, bu məlumatları biz  məsələyə aidiyyəti olmayan bir insanla da bölüşə bilərik. Lakin Fren Uonfilşin düşüncələrinə görə, ən yaxşı çıxış yolu psixoterapevtin qəbuluna gedərək  sizi narahat edib, boğan bu sirləri onunla müzakirə edib rahatlıq tapmaqdır.

Müşahidələrə görə,ən çox qadınlar onlara etibar edilən sirləri saxlamaqda çətinlik çəkirlər. Fransız filosofu Jan Labrüerin sözlərinə görə, kişi özgəsinin sirrini öz sirrindən yaxşı saxlayır, qadın isə yalnız öz sirrini qorumaqla məşğuldur.

Samirə Tağıyeva, “İki sahil”