20 avqust 2022 04:15
943

Çində Yer kürəsinin ən güclü maqniti işə salınıb

Cihaz sikkədən çox da böyük deyil, lakin o, 45,22 tesla sabit maqnit sahəsi yarada bilər. Bu Yerin maqnit sahəsindən bir milyon dəfədən çoxdur

Çin elmi araşdırmalar üçün dünyanın ən güclü maqnitini işə salıb. “South China Morning Post” yazır ki, o, cənub-şərqdəki Hefey şəhərindəki laboratoriyada yerləşir.

Fenomenal qüvvələr yaradan cihazın ölçüsü 33 mm diametrli sikkə ilə müqayisə edilir. Lakin ölçüsünə baxmayaraq, Çin Elmlər Akademiyasının (CHMFL) Yüksək Maqnit Sahəsi Laboratoriyasının əməkdaşları onun 45,22 Tesla gücünə qədər sabit maqnit sahəsi yarada biləcəyini iddia edirlər.

Müqayisə üçün: soyuducunuzdakı adi suvenir maqnit 5 millitesla (yəni 0,005 Tesla) induksiyaya malik sahə yaradır. Yerin maqnit sahəsi isə enlikdən və digər şərtlərdən asılı olaraq 0,00003 - 0,00005 Tesla induksiyaya malikdir.

"Hefei” qurğusu bütün dünyada elmi tədqiqatları dəstəkləyə bilən ən güclü davamlı maqnit sahəsini istehsal edə bilər”,-deyə laboratoriyadan bildirilib.

Əvvəllər 1999-cu ildə ABŞ-ın Milli Yüksək Maqnit Sahəsi Laboratoriyasında işə salınan qurğu ən güclü cihaz hesab olunurdu. ABŞ-ın Florida ştatında yerləşən həmin qurğu 45 tesla qüvvəsi olan maqnit sahəsi yarada bilir.

Nubar Süleymanova, “İki sahil”