19 avqust 2022 19:50
554

Güləşçimiz erməniyə qalib gəlib finala yüksəldi

Yunan-Roma güləşçimiz Nihad Quluzadə (55 kq) U-20 dünya çempionatında uğurla çıxış edərək finala vəsiqə qazanıb.

“İki sahil” xəbər verir ki,  Bolqarıstanın paytaxtı Sofiyada keçirilən mundialda təmsilçimiz final uğrunda görüşdə ermənistanlı Karapet Manvelyanı 2:1 hesabı ilə məğlub edib.

Güləşçimiz qızıl medal uğrunda rumıniyalı Denis Florin Mihayla mübarizə aparacaq.

Qeyd edək ki, bu gün təmsilçilərimizdən Laçın Vəliyev (87 kq) yarımfinalda çıxış edəcək. onun rəqibi iranlı Əbülfəzl Əli Çobani olacaq.