Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təbirlər nəticəsində rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "İki sahil"ə verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Kamil Əliyev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman sellofan bükümlərdə qablaşdırılmış külli miqdarda metamfetamin və heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
AAYDA əməkdaşların institusional inkişaf proqramı çərçivəsində növbəti təlim keçirib
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Şərurda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
Bakıda “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib