20 sentyabr 2022 12:30
1628

Siyavuş Novruzov: ABŞ Nümayəndələr Palatasının sədri separatizmə dəstək verir

“ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi yenidən aqressivliyi qızışdırır, separatizmə dəstək verir”.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, bəlkə də Nensi Pelosi atasının yasında o qədər ağlamayıb: “Ora gedir, ağlayır, bura gedir, ağlayır. Onun indi yaşıdlarının dəfn mərasimində ağlayan yaşıdır. Bu qadın Amerikanın prinsipial mövqeyinə zidd çıxış edir, bölgədə gərginliyin artırılmasına səbəb olan çıxışlar edir”.