22 sentyabr 2022 10:16
452

“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Şəmkirdə keçiriləcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi İqtisadiyyat Nazirliyi yanında Kiik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şəmkir rayonunda görüşü təşkil olunacaq.

“İki sahil” xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, aksiya Şəmkir şəhəri, Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq.

“Səyyar qəbul otağı” sentyabrın 23-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.