23 sentyabr 2022 12:57
560

Ruslan Əliyev: "Azəristiliktəchizat" ASC "Azəriqaz"a olan borcunun 70 %-ni ödəyib

"Azəristiliktəchizat" ASC Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsal Birliyinə olan debitor borcunun 70 %-ini artıq ödəyib.

“İki sahil” xəbər verir ki, bu barədə bu gün media və QHT-lər üçün keçirilən "Açıq qapı" aksiyasında birliyin Baş direktoru Ruslan Əliyev bildirib.

O qeyd edib ki, son olaraq bu qurumun "Azəriqaz"a borcu 41 milyon manat təşkil edib.