23 sentyabr 2022 13:23
503

“Azəriqaz”: Bu mövsüm qazla bağlı problem yaşanmayacaq

SOCAR “Azəriqaz” İstehsalat Birliyi çalışacaq ki, üzümüzə gələn payız-qış mövsumundə abonentlər qazın təzyiqi ilə bağlı problem yaşamasınlar.

“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

“Mən bunu tam əmin edirəm ki, yaşamayacaqlar, çünki bizim bu mövsüm, keçmiş mövsümlərdə də şəbəkədə apardığımız işlər qaz təchizatı ilə bağlı kütləvi problemlərin yaşanmayacağını deməyə əsas verir”, - Ruslan Əliyev qeyd edib.

Onun sözlərinə görə, ola bilsin ki, fərdi qaydada hansısa bir abonentdə qaz təchizatı ilə bağlı problemi yaransın, ancaq kütləvi şəkildə qaz təminatı ilə bağlı problem yaşanmayacaq.